×

Xəbərlər

Xəbərlər 16 Oct 2025
ADNSU Kitabxana İnformasiya Mərkəzində 18 Oktyabr -“Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi keçirilir

 Oktyabrın 15-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 18 oktyabr “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.
  Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin və  müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar yer alıb. Ümumilikdə sərgidə Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən 50-dan çox  kitab və digər dövri nəşrlər də nümayiş olunur.


Paylaş