Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Kitab Klubunun təşəbbüsü ilə tanınmış yazıçı Elxan Elatlı ilə tələbələrin görüşü keçirilib.
Tədbir zamanı yazıçı tələbələrlə ədəbi yaradıcılıq prosesi, müasir Azərbaycan ədəbiyyatının inkişaf istiqamətləri və gənclərin oxu vərdişlərinin formalaşması mövzularında fikir mübadiləsi aparıb. O, tələbələrin çoxsaylı suallarını cavablandırıb, ədəbiyyat sahəsindəki şəxsi yaradıcılıq təcrübəsini onlarla bölüşüb.