×

Xəbərlər

Xəbərlər 17 Oct 2025
ADNSU-nun Riyaziyyat tədqiqat mərkəzi Riemanz zeta funksiyası ilə bağlı seminar keçirəcək

23 oktyabr 2025-ci il tarixində saat 14:00-da ADNSU-nun Riyaziyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə növbəti elmi seminar keçiriləcək. Məruzəçi Ertan Elma “Riemann zeta funksiyası və onun törəmələrinin diskret orta qiyməti” mövzusunda çıxış edəcək.

Seminarda Riemann zeta funksiyasına ümumi baxış təqdim olunacaq və bu funksiyanın sadə ədədlərlə əlaqəsi izah ediləcək. Ardınca, zeta funksiyası və onun törəmələrinin bəzi Dirixle çoxhədrləri ilə vurulmuş diskret orta qiymətlərinin qiymətləndirilməsi müzakirə olunacaq.

ADNSU-dan seminara qatılacaq iştirakçılardan qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat: https://forms.gle/8XzQmTBaEWZ2x4R47


Paylaş