×

Xəbərlər

Xəbərlər 17 Oct 2025
ADNSU-nun rektoru ABŞ-da beynəlxalq “Petrobowl” müsabiqəsinə qatılacaq tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, 20–22 oktyabr 2025-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində keçiriləcək beynəlxalq “Petrobowl” müsabiqəsində iştirak edəcək universitet tələbələri ilə görüşüb. 

Görüş zamanı rektor tələbələrə uğurlar arzulayıb, onların bu beynəlxalq tədbirdə iştirakının universitetin nüfuzuna və Azərbaycan təhsilinin beynəlxalq tanınmasına böyük töhfə verəcəyini qeyd edib. Rektor, tələbələrin qazandıqları uğurların ADNSU-nun təhsil keyfiyyətini nümayiş etdirdiyini və digər tələbələr üçün motivasiya mənbəyi olduğunu bildirib. 

Qeyd edək ki, “Petrobowl” dünyanın müxtəlif regionlarından universitet komandalarının texniki və qeyri-texniki biliklər üzrə yarışdığı nüfuzlu beynəlxalq müsabiqədir. ADNSU komandası öz regionunda birinci yeri tutaraq final mərhələyə vəsiqə qazanıb.


Paylaş