16 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU), ADNSU VƏ UFAZ tələbə və məzunlarının iştirakı ilə SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” üzrə məlumat sessiyası (infosessiya) keçirilib.
Tədbirin əsas məqsədi tələbə və gənc məzunlara proqram barədə ətraflı məlumat təqdim etmək, onların suallarını cavablandırmaq və müraciət prosesi haqqında praktik istiqamətlər vermək olub.
İnfosessiyada SOCAR İşə qəbul şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Orxan Musayev ,Rəşad Ələkbərov və Məzunlarla iş və karyera mərkəzinin əməkdaşları iştirak ediblər. İnfosessiya zamanı iştirakçılara proqrama müraciət qaydası, qeydiyyat mərhələləri və seçim meyarları barədə ətraflı məlumat verilib. Həmçinin proqramın gənclərə qazandırdığı üstünlüklər, real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrdə iştirak etmək və SOCAR-da karyera qurmaq imkanı haqqında geniş təqdimat aparılıb.
Sonda iştirakçılarla sual-cavab sessiyası keçirilib, onların maraqlandıran mövzular üzrə sualları cavablandırılıb və fərdi tövsiyələr verilib.