×

Xəbərlər

Xəbərlər 20 Oct 2025
ADNSU-nun rektoru universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb

Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrə universitetin müasir standartlara uyğun təhsil imkanları, elmi potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.

Rektor Rüfət Əzizov bildirib ki, ADNSU etimad göstərərək universiteti seçən əcnəbi tələbələr üçün yüksək səviyyəli təhsil almaq imkanlarını təmin edir və onlara elmi, tədris və sosial sahələrdə hərtərəfli dəstək göstərmək üçün geniş imkanlar yaradır. Rektor həmçinin, yeni qəbul olunmuş tələbələri təbrik edib və onların akademik və şəxsi inkişaflarını diqqətdə saxlayacağını deyib.

Görüş zamanı tələbələr rektora universitetdə təhsil, elmi fəaliyyət, beynəlxalq proqramlarda iştirak imkanları və sosial həyatı əhatə edən suallarını ünvanlayıblar. Rektor Rüfət Əzizov hər bir sualı ətraflı cavablandırıb və tələbələrin təhsil prosesində qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması üçün universitetin dəstək mexanizmlərinin mövcud olduğunu bildirib.

Qeyd edək ki, bu gün ADNSU-da onlarla  ölkədən 363 tələbə təhsil hüququ qazanıb. Bundan əlavə, 91 əcnəbi tələbə mübadilə proqramı çərçivəsində təhsilini ADNSU-da davam etdirəcək.


Paylaş