×

Xəbərlər

Xəbərlər 20 Oct 2025
ADNSU-da “İş Axtarışında Ustalaşmaq: Tələbələr üçün CV-lər, Motivasiya Məktubları və LinkedIn” mövzusunda təlim keçirilib

17 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İş Axtarışında Ustalaşmaq: Tələbələr üçün CV-lər, Motivasiya Məktubları və LinkedIn” mövzusunda təlim təşkil olunub. Tədbir Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Təlim İnsan Resursları üzrə aparıcı mütəxəssis Ceyhun Əlirzayev tərəfindən keçirilib. Tədbirdə həm UFAZ və ADNSU tələbə və məzunları iştirak ediblər.

Tədbir zamanı iştirakçılara iş axtarışı prosesində effektiv CV və motivasiya məktubu hazırlamağın əsas prinsipləri, eləcə də LinkedIn platformasından düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Təlim iştirakçıların gələcək karyera planlaşdırması və iş dünyasında özlərini daha peşəkar təqdim etmələri baxımından böyük əhəmiyyət daşıyıb.

Tədbirdə qonaq qismində Ceyhun Əlirzayev, Samir Əliyev və Orxan Mahmudov iştirak ediblər.

 


Paylaş