Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” – 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib. “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
İki gündür davam edən “RİSK-2025” konfransının ikinci günündə “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, “Texnoloji risklər və davamlı inkişaf” və digər mövzularda panel müzakirələr keçirilib.
Qonaqlar konfrans çərçivəsində ADNSU-nun Rəqəmsal Energetika və Kibertəhlükəsizlik laboratoriyalarını, eləcə də Tarix və Minerologiya muzeylərini ziyarət ediblər. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə yaxından tanış olan qonaqlar ADNSU-nun potensialını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransın oktyabrın 23-də başa çatacaq.