×

Xəbərlər

Xəbərlər 23 Oct 2025
ADNSU tələbələri beynəlxalq elmi konqresdə uğurla çıxış ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji Kəşfiyyat fakültəsinin IV kurs tələbələri Fəzilə Məhəmmədəliyeva və Nihat Qasımlı Türkiyədə keçirilən 7-ci Beynəlxalq Gənc Tədqiqatçılar Tələbə Konqresində uğurla iştirak ediblər.

10–12 oktyabr tarixlərində Antalyanın Olimpos bölgəsində baş tutan tədbir dünyanın müxtəlif ölkələrindən olan gənc tədqiqatçıları bir araya gətirib. Konqres çərçivəsində ADNSU tələbələri neft-qaz mühəndisliyi sahəsində apardıqları elmi araşdırmaları beynəlxalq auditoriyaya təqdim ediblər. Fəzilə Məhəmmədəliyeva “Azəri–Çıraq–Günəşli dəniz yataqlarında inyeksiya strategiyaları” mövzusunda, Nihat Qasımlı isə “‘Darvin Bankası’ yatağında qazma quyularında əsas problemlər və həll tədbirləri” mövzusunda elmi məruzə ilə çıxış ediblər.


Paylaş