×

Xəbərlər

Xəbərlər 23 Oct 2025
ADNSU-da “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda tədbir keçirilib. Maarifləndirici görüş Cybernetics Milli Kibertəhlükəsizlik Şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunub.

Görüşdə tələbələrə kiberdələduzluq halları, rəqəmsal təhlükəsizlik, kibergigiyena və şəxsi məlumatların qorunması mövzularında məlumat verilib. Həmçinin internetdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması üsulları və sosial şəbəkələrdə qarşılaşa biləcək risklər barədə praktik nümunələr əsasında təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində tələbələr üçün interaktiv viktorinalar təşkil olunub, fəal iştirakçılar mükafatlandırılıb. 


Paylaş