×

Xəbərlər

Xəbərlər 23 Oct 2025
ADNSU-nun Riyaziyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Riyaziyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə Ədəd nəzəriyyəsinə  həsr olunmuş elmi seminar keçirilib.

Mühazirəçi Ertan Elma Riemann Zeta funksiyası, əsal ədədlərin paylanması və Riemann hipotezi mövzularında ətraflı çıxış edib.

Ertan Elma çıxışı zamanı mövzunun tarixi inkişaf mərhələləri barədə danışıb, həmçinin son illərdə bu sahə üzrə apardıqları elmi tədqiqatlar və öz şəxsi elmi töhfələri barədə məlumat verib.

Tədbirdə ADNSU ilə yanaşı UFAZ və ADA Universitetindən müəllim və tələbələr də iştirak ediblər. Seminar iştirakçıların böyük marağına səbəb olub və interaktiv formatda keçirilən seminar mövzu ətrafında elmi müzakirələrlə davam edib.

Qeyd edək ki, ADNSU Riyaziyyat Tədqiqat Mərkəzi fəaliyyətə yeni başlayıb. Mərkəzin proqramı çərçivəsində tanınmış riyaziyyatçılar universitetə mütəmadi olaraq dəvət olunacaq və seminarlarla yanaşı təlimlər də təşkil ediləcək.


Paylaş