Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramları üzrə Menecment ixtisasında təhsil alan 3-cü kurs tələbələri üçün “Supply Chain Management” (Təchizat zəncirinin idarə olunması) fənni çərçivəsində təcrübəvi dərs təşkil olunub.
Tədris prosesi Sumqayıtda yerləşən “Technol” şirkətində keçirilib. Ekskursiyanın məqsədi tələbələrin təchizat zəncirinin real iş prosesi ilə yaxından tanış olması və nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsi olub.
Şirkət nümayəndələri tələbələrə təchizat zəncirinin təşkili, idxal və ixrac əməliyyatları, eləcə də anbar idarəetməsi barədə geniş məlumat veriblər. Təcrübəvi ekskursiya tələbələrin fənn üzrə praktiki anlayışlarını artırmaq baxımından faydalı olub.