Oktyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültə sədrləri və üzvləri ilə ümumi görüşü təşkil olunub.
Görüşdə fakültə sədrləri gələcək plan və təşəbbüslərini təqdim edib, elmi fəaliyyətin istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təqdimatlar fakültələrarası koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olub.