Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elektron Sənəd Dövriyyəsi və sənədləşmə qaydalarında müasir yanaşmalar” mövzusunda təlim keçirilib. Təlim universitetin Ümumi şöbəsinin aparıcı mütəxəssisi Halə Əzimzadə tərəfindən aparılıb.
Təlimdə elektron sənəd dövriyyəsinin təşkilində müasir yanaşmalar, rəqəmsal idarəetmə proseslərinin səmərəliliyinin artırılması və sənədləşmə qaydalarında tətbiq olunan yeni üsullar barədə ətraflı məlumat verilib.
Təlimin məqsədi universitetdə sənəd idarəçiliyinin daha çevik və effektiv formada təşkili, eləcə də əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olub.