Oktyabrın 26-da tələbələr arasında keçirilən “Zəfər” şahmat turnirində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yığma komandası uğurla çıxış edərək qalib olub. Turnir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və digər qurumların birgə təşkilatçılığı ilə baş tutub.
Kişilər komandasının kapitanı İqtisadiyyat və menecment fakültəsinin (İMF) tələbələri Emin Fətullayev, qadınlar komandasının kapitanı isə Surayə Ağayeva olub.
Qadın komandası 5 universitetə qarşı oyunlarda inamlı qələbə qazanaraq finala yüksəlib. Kişilər komandası isə bir neçə universiteti 4 məğlub edərək yüksək nəticə göstərib.
Hər iki komandanın uğurlu çıxışı ADNSU-nun şahmat sahəsindəki gücünü bir daha nümayiş etdirib. Kapitanlarımızı və komandaları təbrik edir, yeni uğurlar arzulayırıq!