×

Xəbərlər

Xəbərlər 27 Oct 2025
ADNSU professoru Ege Universitetində dəvətli professor qismində çıxış edib

21–24 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirli Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “dəvətli professor” statusunda fəaliyyət göstərib.

Səfər çərçivəsində professor Fariz Əmirli Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirələr oxuyub, seminar dərslərində iştirak edib və elmi müzakirələr aparıb. Bununla yanaşı, ADNSU ilə Ege Universiteti arasında mövcud əlaqələrin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və akademik əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görüşlər keçirilib.

Görüşlərdə Ege Universitetinin Fənn fakültəsinin dekanı Prof. Dr. Dinçer Ayaz, Kimya bölümü başqanı Prof. Dr. Armağan Kınal, Biologiya bölümü başqanı Prof. Dr. Kerim Çiçək, “Egemikal” Analiz Laboratoriyasının müdiri Prof. Dr. Güven Özdemir, eləcə də Kimya bölümü başqanının müavini Prof. Dr. Esra Evrim Yalçınkaya iştirak ediblər.


Paylaş