×

Xəbərlər

Xəbərlər 28 Oct 2025
ADNSU-da “Amerika əsaslı İT təhsili” mövzusunda infosessiya keçirilib

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Peerstack Academy tərəfindən təşkil olunan IT təhsili infosessiyası baş tutub. 
İnfosessiyada iştirakçılara təqaüdlə təhsil imkanları, İT sahəsində karyera perspektivləri və istehsalatda mütəxəssis çatışmazlığı haqqında ətraflı məlumat verilib.  Həmçinin Peerstack Academy-nin layihə əsaslı və “peer-to-peer” öyrənmə metodikası təqdim olunub və tələbələr üçün gələcək iş imkanları müzakirə edilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələrimizi IT sahəsində karyera imkanları ilə tanış etmək, peer-to-peer öyrənmə metodikası və layihə əsaslı təhsil imkanlarını təqdim etmək, həmçinin real layihələrdə iştirak və işə düzəlmə perspektivlərini göstərmək idi.


Paylaş