×

Xəbərlər

Xəbərlər 28 Oct 2025
ADNSU “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” və karyera sərgisində təmsil olunub

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində ali təhsil müəssisələrinin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə karyera sərgisi təşkil olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları - Elnur Hadıyev və Eldar Babayev tədbirdə iştirak edərək universiteti təmsil ediblər.
Karyera sərgisi zamanı ADNSU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Sammitin məqsədinə uyğun olaraq keçirilən bu interaktiv görüşlər tələbə və magistrantların real biznes mühiti, innovativ idarəetmə, karyera planlaşdırması və yaşıl inkişaf istiqamətləri barədə biliklərini artırmağa yönəlib.


Paylaş