Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE” İnkubasiya Proqramının növbəti modulu - “Biznes plan və biznes model” mövzusunda təlim keçirilib.
Təlimdə ADNSU-nun “Menecment” fənninin müəllimi və mentor Rəşid Cəbrayılov təlimçi qismində çıxış edib.
Təlim zamanı iştirakçılara biznes model kanvası, dəyər təklifi (Value Proposition), müştəri seqmentləri, gəlir modelləri və Customer Development yanaşması haqqında ətraflı məlumat verilib. Komandalar öz ideyalarına uyğun biznes modelini hazırlamağı öyrənib və praktiki tapşırıqlar vasitəsilə bu bilikləri tətbiq ediblər.
Təlimin əsas məqsədi iştirakçıların layihələrinin biznes modelini strukturlaşdırmaq, müştəri və gəlir yönümlü strategiyalar formalaşdırmaq, eləcə də ideyalarını real bazar şəraitinə uyğunlaşdırmaq bacarıqlarını inkişaf etdirmək olub.