×

Xəbərlər

Xəbərlər 29 Oct 2025
ADNSU-da tələbələr üçün NDT mövzusunda mühazirə keçirilib

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün “NDT (Non-Destructive Testing)” mövzusunda mühazirə keçirilib.

Mühazirə SGS şirkətinin inspektoru Tural Səfərov tərəfindən aparılıb. O, mövzu barədə tələbələrə ətraflı məlumat verərək NDT üsullarının sənaye sahəsində tətbiqi, bu üsulların materiallara zərər vermədən yoxlanılmasında əhəmiyyəti və müasir texnologiyaların rolu haqqında danışıb.

T.Səfərov həmçinin, müxtəlif növ NDT avadanlıqlarını tədbirə gətirərək onların iş prinsiplərini nümayiş etdirib və tələbələrə praktiki izahlar verib.

Mühazirə tələbələrin peşəkar biliklərinin artırılması və gələcək ixtisas fəaliyyətlərində tətbiq oluna biləcək bacarıqların formalaşdırılması baxımından maraqla qarşılanıb.


Paylaş