Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən “IDEALISE” İnkubasiya Proqramı çərçivəsində növbəti təlim təşkil olunub.
“Marketinq: bazar təhlili və araşdırması” mövzusuna həsr olunan təlim Paşa Bankın Pərakəndə Bankçılıq Departamentində birbaşa satış və təhlil üzrə mütəxəssisi Şəhla Alxanzadə tərəfindən aparılıb.
Sessiya zamanı iştirakçılar bazar təhlili, rəqib araşdırması, müştəri dəyər təklifi, marketinq, satış kanalları, eləcə də sosial media və PR strategiyaları barədə praktiki biliklər əldə ediblər.
Sessiya ərzində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki nümunələr üzərində müzakirələr aparıblar.
Qeyd edək ki, təlimin əsas məqsədi startap komandalarının öz məhsulları üçün effektiv bazar strategiyası hazırlamasına dəstək olmaq, onları real bazar mühitində rəqabətə hazır vəziyyətə gətirmək olub.