×

Xəbərlər

Xəbərlər 30 Oct 2025
ADNSU tələbələri üçün “Dizayn və prototipləşdirmə” təlimi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən “IDEALISE” İnkubasiya Proqramının növbəti sessiyası “Dizayn və Prototipləşdirmə” mövzusuna həsr olunub.

Təlim ADNSU-nun rəqəmsallaşdırma departamentinin direktoru, Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılov tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar MVP (Minimum Viable Product) konsepsiyası, prototip növləri, dizayn prosesi, test mərhələsi və istifadəçi təcrübəsinin qiymətləndirilməsi mövzularında praktiki biliklər qazanıblar. Komandalar ilkin prototiplər üzərində işləyərək ideyalarını real məhsul formasında sınamaq imkanı əldə ediblər.

Sessiyanın məqsədi startap komandalarının məhsul ideyalarını daha effektiv şəkildə formalaşdırmasına, istifadəçi yönümlü dizayn yanaşması qurmasına və ilkin testlər vasitəsilə məhsulun bazara uyğunluğunu qiymətləndirməsinə dəstək olmaq olub.

 


Paylaş