Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrindən ibarət heyətin İordaniya Haşimilər Kralləğına və Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində müvafiq ölkələrin aparıcı ali təhsil müəssisələri ilə görüşlər keçirilib.
Görüşlərdə ali təhsil sahəsində qlobal rəqabət qabiliyyətinin artırılması, universitetlər arasında akademik və elmi əməkdaşlıq imkanlarının genişlənməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində həmçinin İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində bu ölkənin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Reytinq Komissiyası ilə də görüş keçirilib. Tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin hazırki vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.