×

Xəbərlər

Xəbərlər 31 Oct 2025
ADNSU-nun 6 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

“PAŞA Holding” tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramının 3180 tələbə arasından seçilən 100 qalibi sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də yer alıb.

Qeyd edək ki, “Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən, onların aylıq təqaüdlə təmin olunmasını nəzərdə tutan bir illik inkişaf proqramıdır. 2025–2026-cı tədris ilini əhatə edən və artıq dördüncü dəfə həyata keçirilən proqram tələbələrin peşəkar və şəxsi inkişafına dəstək məqsədi daşıyır.

Proqram çərçivəsində iştirakçılar üçün 3 aylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentorluq dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri, həmçinin “PAŞA Holding” və “PAŞA Qrup” şirkətlərinin mütəxəssisləri ilə görüşlər təşkil olunacaq. Bu fəaliyyətlər tələbələrin yumşaq bacarıqlarının və karyera imkanlarının genişləndirilməsinə yönəlib.

ADNSU-nun qalib tələbələrini təqdim edirik:

Nurlan Orucov, 

Dərya Cəvadiəsl, 

Əminə Abdullayeva, 

Kamran Pirişzadə,

Sənan Qasımzadə, 

Xəyal Əliyev  (SABAH qrupları)


Paylaş