×

Xəbərlər

Xəbərlər 04 Nov 2025
ADNSU tələbələri ixtisas fənni dərsini Milli Hidrometeorologiya Xidmətində keçiblər

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) MBA proqramının “Ümumi idarəetmə” ixtisaslaşması üzrə təhsil alan birinci kurs tələbələrinin “Regional innovation” fənni üzrə dərsləri sənaye mühiti ilə inteqrasiya formatında keçirilib.

Tədris prosesi fənn müəllimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədr müavini Ceyhun Salmanovun rəhbərliyi ilə Milli Hidrometeorologiya Xidmətində təşkil olunub. 

Tələbələr Hidrometeorologiya Tarixi Muzeyi, Situasiya Mərkəzi, Model Hidrometeoroloji Stansiya və Tarixi dopler stansiyası ilə tanış olublar. Onlara bu sahədə tətbiq olunan rəqəmsal texnologiyalar və idarəetmə həlləri barədə ətraflı məlumat verilib.

Tədris səfərinin sonunda brifinq keçirilib. Tələbələr səfər zamanı əldə etdikləri bilik və təəssüratları müzakirə ediblər.


Paylaş