×

Xəbərlər

Xəbərlər 05 Nov 2025
ADNSU komandası Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsində iştirak edib

“50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə təsnifat mərhələsi ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti (AzTU) və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə baş tutub.
Təsnifat mərhələsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində, AzTU, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetində keçirilib.
Müsabiqədə ölkənin 22 ali təhsil müəssisəsindən 157 komanda iştirak edib. Komandalar 5 saat ərzində 14 alqoritmik tapşırığı C++, Java və ya Python dillərində həll ediblər.
Nəticələrə əsasən, ADNSU-nun bir komandası 15 noyabr 2025-ci ildə keçiriləcək regional mərhələyə vəsiqə qazanıb. ADNSU-da təşkil olunan mərhələdə həmçinin, ADPU-nun 3 və BBU-nun 2 komandası qonaq qismində iştirak edib.
Regional mərhələdə uğur qazanan komandalar 15–17 dekabr 2025-ci ildə Tbilisidə baş tutacaq yarımfinalda və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edəcəklər.


Paylaş