×

Xəbərlər

Xəbərlər 05 Nov 2025
Satbayev Universitetinin doktorantı ADNSU-da elmi-tədqiqat təcrübəsi keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev Universiteti arasında mövcud beynəlxalq əməkdaşlıq çərçivəsində Satbayev Universitetinin doktorantı Rysalı Kuanış Nurlanulı universitetdə elmi-tədqiqat təcrübəsi keçib.
Təcrübə müddətində R.K.Nurlanulı ADNSU-nun rektoru, dosent Rüfat Əzizovla  da görüşüb. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunub. ADNSU-da təcrübə imkanlarının geniş olması, gənc doktorant və alimlərin fəaliyyətinə dəstək göstərilməsinin hər zaman prioritet olduğu bildirilib. Doktorant ona yaradılan şəraitə görə təşəkkürünü bildirib.  
Təcrübə müddətində doktorant universitetin laboratoriya və elmi-tədqiqat mühitində müasir sənaye maşınlarının layihələndirilməsi və texnoloji proseslərin optimallaşdırılması sahəsində araşdırmalar aparıb, həmçinin kafedranın elmi müzakirələrində və layihələrində iştirak edib. 
Oktyabrın 6-dan noyabrın 6-dək universitetdə təcrübə keçəcək doktorant texnoloji maşınlar və avadanlıqlar ixtisası üzrə təhsil alır.


Paylaş