İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startap və texnologiya transfer ofisinin birgə təşkilatçılığı ilə ADNSU və UFAZ tələbələri üçün “DEEP TECH” İnkubasiya Proqramına qeydiyyat başlayıb.
Proqramın məqsədi tələbələrin innovativ və texnoloji ideyalarını inkişaf etdirərək onların real məhsul və xidmətlərə çevrilməsinə dəstək olmaqdır. Proqram çərçivəsində iştirakçılara təlimlər və mentorluq xidmətləri təqdim ediləcək. Layihə müəllifləri öz ideyalarını “Pitch Day” və “Demo Day” mərhələlərində münsiflər heyətinə təqdim edəcəklər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, proqramın qalibləri müvafiq olaraq 6000 AZN, 5000 AZN və 4000 AZN məbləğində mükafat qazanacaqlar.
Tələbələr qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərlər:
https://docs.google.com/forms/u/0/d/1VZr_xC3s4O8jz5U-z2iWLZTffFxJflkRSlDzXkDDM3w/preview