×

Xəbərlər

Xəbərlər 07 Nov 2025
ADNSU-da “IDEALISE” İnkubasiya Proqramı çərçivəsində növbəti təlim keçirilib

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən “IDEALISE” İnkubasiya Proqramı çərçivəsində növbəti təlim “Beynəlxalq vençur kapital və investorlarla əlaqə qurulması” mövzusuna həsr olunub.

Təlim ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, “HealWith” startapının təsisçisi və baş direktoru, dosent Elviz İsmayılov tərəfindən keçirilib.

Sessiyada iştirakçılar xarici vençur fondları ilə əməkdaşlıq prinsipləri, ABŞ-da şirkət qeydiyyatı prosesləri, investor tapmaq strategiyaları və qlobal səviyyədə təqdimat hazırlığı mövzularında ətraflı məlumat əldə ediblər.

Təlimin sonunda iştirakçılar beynəlxalq səviyyədə investorlarla effektiv əlaqə qurmaq və ideyalarını qlobal auditoriyaya təqdim etmək bacarıqları qazanıblar.


Paylaş