“Konstitusiya və Suverenlik İli” və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə “Caspel” MMC və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələr arasında vətənpərvərlik, dövlətçilik və milli dəyərlərə hörmət ruhunu daha da gücləndirmək, onların analitik və yaradıcı düşüncə bacarıqlarını təşviq etmək olub.
Yazı müsabiqəsində ADNSU-nun 9 tələbə iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, 3 tələbənin inşası ayrı-ayrı mövzular üzrə birinci yerə layiq görülüb:
Müsabiqə qalibi olan ADNSU tələbələri - Səmədov Orxan, Sultanova Fəxrənisə və Şükürlü Tunara diplom təqdim olunub.