×

Xəbərlər

Xəbərlər 10 Nov 2025
ADNSU tələbələri Zəfər Günü ərəfəsində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyini ziyarət ediblər

Noyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə universitet tələbələrinin iştirakı ilə Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Tədbirlər çərçivəsində ADNSU tələbələri Zəfər Abidəsinə yürüş edərək xalqımızın qəhrəmanlıq salnaməsini yaradan igid Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra tələbələr Zəfər Muzeyinə və Hərbi Qənimətlər Parkına ekskursiya edərək Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini, qəhrəman ordumuzun şücaətini və Azərbaycan xalqının birliyinin təcəssümünü əks etdirən eksponasiyalarla tanış olublar.

Bundan əlavə, Bayraq Gününə həsr olunmuş tədbirlər çərçivəsində ADNSU TGT tərəfindən Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı tələbələr üçrəngli bayrağımızın yaranma tarixi, dövlətçilik rəmzi kimi əhəmiyyəti və Azərbaycanın müstəqillik yolunda oynadığı mühüm rol haqqında ətraflı məlumat əldə ediblər.


Paylaş