Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində “17 noyabr- Milli Dirçəliş Günü” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan xalqının müstəqilliyinin, suverenliyinin bərpa olunmasına, milli azadlıq və istiqlal mübarizəsinə, dövlətçilik tariximizə, milli özünüdərk, mənəvi dəyərlər, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasına, eləcə də əzəli torpaqlarımıza möhtəşəm qayıdışımıza həsr olunmuş 50-dən çox Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və foto materiallar nümayiş olunub.