×

Xəbərlər

Xəbərlər 17 Nov 2025
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müxtəlif fakültələrində Milli Dirçəliş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə fakültə rəhbərləri və tələbələr iştirak ediblər.

Çıxışlarda Milli Dirçəliş Gününün Azərbaycan xalqının mübarizə iradəsinin rəmzi olduğu vurğulanıb, gənclərin milli dövlətçilik dəyərlərinə sədaqət ruhunda tərbiyəsinin vacibliyi qeyd edilib. Dəyirmi masa formatında təşkil olunan müzakirələrdə tələbələr də fəal iştirak edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

ADNSU-da keçirilən tədbirlərin əsas məqsədi tarixi yaddaşın yaşadılması, azərbaycançılıq məfkurəsinin təbliği və gənclərdə vətənə bağlılıq hissinin daha da gücləndirilməsidir.


Paylaş