×

Xəbərlər

Xəbərlər 17 Nov 2025
ADNSU-nun əcnəbi tələbəsi CICA Gənclər Həftəsində fəal iştirak edib

12–15 noyabr tarixlərində Azərbaycan Dövlət Neft vəSənaye Universitetinin (ADNSU) əcnəbi tələbəsi, İraq vətəndaşı Yousif Alkshaikli Bakıda keçirilən AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu TədbirləriKonfransında (CICA) CICA Gənclər Həftəsiçərçivəsində fəal iştirakı ilə fərqlənib.

Yousif Alkshaikli CICA Gənclər Şurasının 8-ci iclasında, “SDG in Action” adlı paralel sessiyalarda vədigər interaktiv görüşlərdə iştirak edərək müxtəlifölkələrin nümayəndələri ilə müzakirələr aparıb, Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsindəgənclərin təşəbbüslərinin önəmini vurğulayıb.

Tədbir çərçivəsində o, həmçinin “Referans AI Art” və“İnşa” müsabiqələrinin təqdimat mərasimlərində iştirakedib, mədəniyyət turu zamanı isə Bakının tarixi vəictimai həyatını daha yaxından tanımaq imkanı əldəedib.

Yousifin uğurlu iştirakı ADNSU tələbələrininbeynəlxalq arenada fəal və layiqli təmsilçiliyininnövbəti göstəricisidir.

Qeyd edək ki, CICA Azərbaycanın 2024–2026-cı illərüzrə sədrliyi çərçivəsində təşkil olunan bu beynəlxalqtədbir gənclərin sosial innovasiya, sülh, regional əməkdaşlıq və davamlı inkişafdakı roluna həsr olunub.

 

 


Paylaş