×

Xəbərlər

Xəbərlər 18 Nov 2025
ADNSU-da “Qadın danışır” adlı panel müzakirəsi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Elmi Cəmiyyəti (TEC) noyabr ayını BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) həsr edərək SDG 4 – keyfiyyətli təhsil, SDG 5 – gender bərabərliyi və SDG 10 – bərabərsizliyin azaldılması istiqamətində fəaliyyətini davam etdirir.

Bu çərçivədə universitetdə TEC-in təşkilatçılığı ilə “Qadın danışır” adlı panel müzakirəsi keçirilib. Tədbirdə ADNSU-nun bir qrup müəllim və tələbəsi ilə yanaşı, SOCAR-ın İnsan Resurslarının İdarəedilməsi üzrə baş mütəxəssisi Arzu Məmmədova və informasiya idarəetməsi üzrə mütəxəssis Samirə Mürsəlova iştirak ediblər.

Paneldə qonaqlar öz peşəkar təcrübələrini, karyera yolunda qarşılaşdıqları çətinlikləri, həmçinin müasir sənaye sahəsində qadınların artan rolu ilə bağlı fikirlərini tələbələrlə bölüşüblər.

Tədbir sonda gənclərin karyera planlaması, özünəinamın gücləndirilməsi və sənaye mühitində aktiv iştirakın təşviqi mövzularında aparılan müzakirələrlə yekunlaşıb.


Paylaş