×

Xəbərlər

Xəbərlər 19 Nov 2025
“Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində şagirdlər ADNSU-da ekskursiyada olublar

Noyabrın 17-də Təhsil Nazirliyinin dəstəyi, Britaniyanın Azərbaycandakı Səfirliyi və Paşa Holdingin sponsorluğu ilə həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsinin iştirakçıları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Universitetlə tanışlıqdan öncə qonaqlarla keçirilən görüşdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Təhsilalanlarla İş Mərkəzinin müdiri Rəna Cəbrayılova universitetin müxtəlif sosial təşəbbüsləri və gənclərlə işin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Layihənin istiqamətləri, şagirdlərin peşəkar inkişafının dəstəklənməsi və universitet mühitinin onlara təqdim etdiyi üstünlüklərin önəmini qeyd ediblər.

Ziyarət zamanı mühəndislik sahəsinə maraq göstərən şagirdlər ADNSU-da tədris olunan ixtisaslarla, tələbələr üçün yaradılmış müasir tədris və inkişaf imkanları ilə yaxından tanış olublar.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən layihə bu il altıncı düşərgəsini təşkil edir. Düşərgəyə 10 rayonu təmsil edən 30 şagird qoşulub. Proqram çərçivəsində iştirakçılar universitetlərə, şirkətlərə, muzeylərə və müxtəlif qurumlara səyahətlər edirlər.


Paylaş