×

Xəbərlər

Xəbərlər 19 Nov 2025
ADNSU-da menecment konsaltinq şirkətinin nümayəndələri ilə tələbə və məzunlar üçün informasiya sessiyası keçirilib

Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq konsaltinq şirkəti Oliver Wyman-ın nümayəndələrinin iştirakı ilə tələbə və məzunlar üçün informasiya sessiyası keçirilib. Tədbirin məqsədi iştirakçıların qlobal konsaltinq bazarı, karyera imkanları və beynəlxalq təcrübə proqramları barədə məlumatlılığını artırmaq olub.

İnfosessiyada şirkəti təmsil edən Talamba Sorin (Partner), Camal İsmayılov (Partner), Hakan Büyükkörü (Principal) və Anna Cuzon (Recruiter) tələbələrə Oliver Wyman-ın qlobal fəaliyyət istiqamətləri, həyata keçirdiyi real layihələr və konsaltinq sahəsində tələb olunan bacarıqlar barədə ətraflı məlumat təqdim ediblər. Şirkət nümayəndələri həmçinin tələbə və məzunlar üçün mövcud təcrübə (internship) proqramları, aktual vakansiyalar və beynəlxalq təcrübə imkanları barədə danışaraq seçilmiş namizədlərin təcrübə müddətinin bir hissəsini xarici ofislərdə keçə biləcəyini vurğulayıblar.

Tədbir zamanı tələbələr şirkət nümayəndələrinin şəxsi karyera təcrübələrini dinləyərək konsaltinq sahəsi üzrə praktiki biliklər əldə ediblər, həmçinin yeni əlaqələr qurmaq üçün networking imkanı əldə ediblər. Sonda təşkil olunan sual-cavab sessiyasında iştirakçıların sualları şirkət nümayəndələri tərəfindən cavablandırılıb. 


Paylaş