Noyabrın 20-də ADNSU-nun Rəqəmsal inkişaf şöbəsinin təşkilatçılığı ilə mentor Fatimə Sadıxova tərəfindən data analitikası kursuna start verilib.
Təlim proqramı iştirakçılara məlumatların emalı, təhlili və vizuallaşdırılması üzrə praktiki biliklərin aşılanmasını hədəfləyir. Kursun əsas məqsədi əməkdaşların rəqəmsal bacarıqlarını artırmaq və iş proseslərində data əsaslı yanaşmanı gücləndirməkdir.