×

Xəbərlər

Xəbərlər 20 Nov 2025
ADNSU beynəlxalq elektron məlumat bazalarına giriş imkanları əldə edib

 EIFL.net (Electronic Information for Libraries) Beynəlxalq Konsorsiumuna üzv olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) koordinatorluğu ilə Konsorsiumun üzvü olan ADNSU Kitabxana İnformasiya Mərkəzi professor-müəllim heyəti və kitabxana oxucuları üçün aşağıda adları göstərilən elektron məlumat bazalarına universitetin IP aralıqları üzərindən sınaq (free trial) giriş imkanları aktiv edilmişdir. 

1. OngoingResearchIndex.com.(Universitetlərdə Davam Edən Tezislərin, Dissertasiyaların və Tədqiqat Layihələrinin Qlobal Verilənlər Bazası);

    OngoingResearchIndex.com. (Universitetlərdə Davam Edən Tezislərin, Dissertasiyaların və Tədqiqat Layihələrinin Qlobal Verilənlər Bazası) dünya üzrə universitetlərdən 160.000-dən çox davam edən tezis, dissertasiya və tədqiqat layihəsi haqqında məlumatları əhatə edən yeganə və ümumi məlumat mənbəyidir.

17 Noyabr 2025 – 18 Dekabr 2025-cı il tarixləri üçün bu bazaya sınaq (free trial) girişi aktiv edilmişdir.

Bazaya aşağıdakı linklə  giriş etmək mümkündür.

www.OngoingResearchIndex.com

2. JoVE- Dünyanın ilk resenzentli və multidissiplinar video məlumat bazası;

JoVE video məlumat bazası 2006-cı ildən etibarən elmi məqalələri bütün kolleksiyaları ilə birlikdə video formatında təqdim edir. Platformada 30.000-dən çox video məqalə mövcuddur. JoVE həm tədqiqat istifadəçilərini, eksperimental metodları göstərən resenzentli videolar vasitəsilə, həm də tədris istifadəçilərini dərs videoları, viktorinalar və laboratoriya təlim materialları ilə dəstəkləyir. JoVE məzmunu PubMed/Medline, Scopus, Web of Science, ChemAbstracts və SciFinder kimi əsas elmi məlumat bazaları tərəfindən indekslənir.

20 Noyabr 2025 – 20 Yanvar 2026-cı il tarixləri üçün bu bazaya sınaq (free trial) girişi aktiv edilmişdir.

Bazaya aşağıdakı linklə giriş etmək mümkündür 

https://app.jove.com/access

Maraqlananlar Kitabxana İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

 


Paylaş