Noyabrın 20-də Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində “Həyatını narkotiklərə qurban vermə” adlı kitab sərgisi təşkil olunub. Sərgidə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında Azərbaycan Respublikasının Qanunu, eləcə də narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarından, bu bəlanın insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən kitablar, jurnallar yer alıb.
Sərgi noyabr ayının sonunadək davam edəcək.