×

Xəbərlər

Xəbərlər 21 Nov 2025
ADNSU tələbələri ixtisas fənni üzrə bir dərsi müəssisədə keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr tələbələrinin “İqtisadiyyata giriş” fənni üzrə bir dərsi “Deloitte Azerbaijan” şirkətində keçirilib. 

Təcrübə zamanı tələbələr beynəlxalq şirkətin real iş mühiti ilə yaxından tanış olub, nəzəri biliklərin praktik bacarıqlarla inteqrasiyasının gələcək karyera inkişafında necə mühüm rol oynadığını müşahidə ediblər. Tələbələrə şirkətdəki iş mühiti, korporativ dəyərlər, komanda mədəniyyəti, eləcə də marketinq sahəsində mövcud trendlər, rəqəmsallaşma prosesləri, qərarvermə mexanizmləri və gələcəyin marketinq mütəxəssisləri üçün tələb olunan əsas kompetensiyalar barədə ətraflı məlumat verilib. Onları marqlandıran suallar cavablandırılıb. 


Paylaş