Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əcnəbi tələbələr şöbəsinin müdiri Səbinə Əliyeva Gürcüstanın Batumi Şota Rustaveli Dövlət Universitetinə səfəri başa çatıb. Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, elmi tədqiqatların birgə aparılması və beynəlxalq layihələrdə iştiraka dair müzakirələr aparılıb.
Səfər müddətində ADNSU nümayəndəsi Batumi Şota Rustaveli Dövlət Universitetinin 90 illik yubiley tədbirində də iştirak edib. Tədbirdə universitetin tarixi inkişaf yolu, elm və təhsilə verdiyi töhfələr, eləcə də regional və beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.