×

Xəbərlər

Xəbərlər 01 Dec 2025
ADNSU-nun professor-müəllim heyətinin əmək haqqı artırıldı

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilmişdir.

Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir. 

Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.


Paylaş