ADNSU Kitabxana İnformasiya Mərkəzinin fonduna “BP Azərbaycan” şirkəti tərəfindən 5 adda 500 nüsxə kitab hədiyyə olunub. Bu akademik kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri “BP”- nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsidir. Kitablar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara “BP Azərbaycan” şirkətinin hədiyyəsidir.
Kitabların siyahısını təqdim edirik:
1.Corc Kasella,Rocer Berqer. Statistik nəticəçıxarma;
2.Riçard A.Brill,Stüart C.Mayers,Franklin Allen. Korporativ maliyyə.Əsas prinsiplər;
3.Devid R.Anderson, Tomas A.Vilyams,Ceyms C.Kokran. Biznes və iqtisadiyyat üçün statistika;
4. Cefri M.Perlof,Ceyms A.Brander. İqtisadi idarəetmə və strategiya;
5. Cefri M.Vuldric. Ekonometrikaya giriş. Müasir yanaşma
Kitablarlarla maraqlanmaq istəyənlər Kitabxana İnformasiya Mərkəzinə müraciət edə bilərlər.