×

Xəbərlər

Xəbərlər 03 Dec 2025
ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin tələbələri açıq sahədə mühazirə dərsi keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji kəşfiyyat fakültəsinin tələbələri “Hidrogeologiya və mühəndisi geologiya” fənni çərçivəsində Badamdarın aktiv sürüşmə zonasında açıq sahə mühazirəsində iştirak ediblər.
Tələbələr real geoloji şəraitdə süxur quruluşlarını və sürüşmə proseslərini yerində müşahidə edərək praktiki biliklərini daha da artırıblar. Sahəyə aparılan xüsusi avadanlıqlar vasitəsilə süxurların fiziki-mexaniki xassələrinin təyini üzrə praktiki ölçmələr də həyata keçirilib.
Bu sahə dərsi tələbələrin həm praktiki hazırlığının güclənməsinə, həm də ixtisaslarına olan maraq və sevginin daha da formalaşmasına mühüm töhfə verib.


Paylaş