Birləşmiş Krallığın London şəhərində Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı ilə “QS Reimagine Education 2025” konfransının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm və innovasiya məsələləri üzrə prorektor v.m.i.e. dos. Elviz İsmayılov və magistraturanın Süni intelekt ixtisasınınln 1-ci kurs tələbəsi Nərmin Məmmədova iştirak edib.
Üç gün davam edəcək beynəlxalq konfrans təhsildə innovasiyalar, süni intellektin tətbiqi, inklüzivlik və məzun məşğulluğu kimi aktual mövzuları əhatə edir. Dünyanın aparıcı universitetləri və təhsil ekspertlərini bir araya gətirən tədbir təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.
ADNSU tədbirdə “HealWith” layihəsi ilə təmsil olunur. Sözügedən layihə “QS Reimagine Education” müsabiqəsinin “Shortlist” mərhələsinə seçilərək beynəlxalq auditoriya qarşısında təqdim edilib.