×

Xəbərlər

Xəbərlər 03 Dec 2025
ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Balakhani Operating Company LTD” arasında bu ilin əvvəli imzalanan Anlaşma Memoranduma əsasən tərəflər tələbələrin sənayeyə yararlı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə növbəti təlimini təşkil edib. 

Bu dəfə auditoriyada hasilat şirkətinin İctimai əlaqələr şöbəsinin müdir müavini Günel Həsənova çıxış edərək natiqlik və kommunikasiya üzrə yumşaq bacarıqların əhəmiyyəti barədə danış. O, həmçinin şikrətlərin ictimaiyyətlə əlaqələrinin qurulmasına tərəfdaş münasibətlərinin formalaşdırılması, medianın aidiyyatlı gündəmin qurulmasında strateji rolu, brend dəyərinin gücləndirilməsi və bu amillərin uzunmüddətli təsiri barədə ətraflı məlumat verib.

Təlimçinin vurğulayıb ki, ənənəvi Universitet-sənaye modelində müasir informasiya dövrünü nəzərə alaraq media da nəzərə alınmalı və tərəfdaş kimi əlavə edilərək “Triple Win” (üçtərəfli fayda) modeli tətbiq olunmalıdır. Günel Həsənova nümunə kimi ADNSU ilə "Balakhani Operating Company" şirkəti arasında mövcud əməkdaşlıq mexanizmlərinin yaratdığı imkanlardan bəhs edib. Media vasitəsilə geniş auditoriyaya çıxış, etimadın gücləndirilməsi və ictimai etibarın formalaşdırılması praktik misallar əsasında nümayiş etdirildi.

Təlim zamanı tələbələr press-relizlərin tərtib olunması, foto və video materialların seçilməsi, uğurlu media planının hazırlanması ilə bağlı tövsiyələr aldılar. 

ADNSU ilə “Balakhani Operating Company LTD” arasında əməkdaşlıq 2010-cu ildən bəri davam edir. Bu əməkdaşlıq çərçivəsində şirkət hər il müvafiq ixtisaslar üzrə təhsil alan ADNSU tələbələrini istehsalat təcrübəsinə qəbul edərək onların peşə hazırlığının gücləndirilməsinə töhfə verir. Balaxanı ərazisində yerləşən bir əsrlik neft quyusuna “ADNSU–100” adının verilməsi isə tərəflər arasında formalaşmış strateji tərəfdaşlığın və qarşılıqlı etimadın göstəricisidir.

Qeyd edək ki, “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində ADNSU tələbələrinin media və kommunikasiya sahəsində tanınmış mütəxəssislərlə görüşləri ardıcıl şəkildə davam edir. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq, ən yüksək nəticə göstərən üç tələbə isə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq. 

 


Paylaş