×

Xəbərlər

Xəbərlər 04 Dec 2025
ADNSU-da tələbələr arasında sağlam həyat tərzinin təbliği mövzusunda infosessiya keçirilib

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) PUSH30 proqramı çərçivəsində tələbələr üçün motivasiya və inkişaf yönümlü infosessiya təşkil olunub.
Tədbirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, gündəlik fəaliyyətlərdə enerji və məhsuldarlığın artırılması, eləcə də universitet mühitində pozitiv və dəstəkləyici atmosferin gücləndirilməsi olub.
Görüş zamanı iştirakçılara geniş təqdimatla çıxış edən PUSH30 proqramının korporativ loyallıq platformasının satış direktoru Mansur Paşayev tələbələrə sağlam həyat tərzində fiziki aktivliyin rolu və onun gündəlik həyata təsiri, PUSH30 proqramının funksionallığı, geniş imkanları və istifadəçilər üçün yaratdığı üstünlüklər barədə məlumat verib. O həmçinin proqrama qoşulma qaydaları, fəal istifadə mexanizmləri, tələbələr üçün nəzərdə tutulmuş xüsusi imtiyazlar və əlavə dəstək imkanlarını ətraflı şəkildə izah edib.
ADNSU-da keçirilən bu infosessiya tələbələr tərəfindən maraqla qarşılanıb və sağlam həyat tərzi mövzusunda məlumatlılığın və motivasiyanın artırılmasına mühüm töhfə verib.
Qeyd edək ki, PUSH30 ölkə üzrə müxtəlif idman, fitnes, yoqa, üzgüçülük və sağlamlıq mərkəzlərinə vahid abunəliklə giriş imkanı təqdim edən platformadır.


Paylaş