×

Xəbərlər

Xəbərlər 04 Dec 2025
ADNSU ilə İspaniyanın Müqəddəs Antoni Katolik Universiteti əməkdaşlıq imkanlarını müzakirə ediblər

Birləşmiş Krallığın London şəhərində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı ilə "QS Reimagine Education 2025" konfransı keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) konfransda Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dosent Elviz İsmayılovun rəhbərliyi ilə təmsil olunub.
Konfrans çərçivəsində dosent Elviz İsmayılov İspaniyanın Müqəddəs Antoni Katolik Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Mark Bruno ilə görüşüb. Görüş zamanı tərəflər tədqiqat əməkdaşlığı perspektivlərini, tələbə və akademik heyətin mübadilə imkanlarını, həmçinin birgə onlayn seminarların təşkili məsələlərini müzakirə ediblər.
Hər iki tərəf gələcəkdə müxtəlif qlobal istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və universitetlərarası tərəfdaşlığın gücləndirilməsi ilə bağlı razılığa gəlib.


Paylaş