×

Xəbərlər

Xəbərlər 04 Dec 2025
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin Ətraf Mühit Araşdırmaları və Bərpaolunan Enerji Mərkəzinin direktoru Prof. Mohammad Hamdan ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun əməkdaşları – professor Ramiz Həsənov, Nigar İsmayılova və Mahmud İsmayılov da iştirak ediblər.

Görüş zamanı tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və akademik heyətin mübadiləsi, həmçinin elmi və innovativ təşəbbüslər üzrə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin gələcəkdə elmi və akademik sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. 

Görüşdən sonra nümayəndə heyəti universitetin Mineralogiya muzeyini və müasir tədqiqat laboratoriyalarını ziyarət edib, onlara universitetin elmi infrastrukturuna dair geniş məlumat təqdim olunub.


Paylaş